Avtobomil piyadaları vurdu: ölən və xəsarət alan var

Avtobomil piyadaları vurdu: ölən və xəsarət alan var

Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 15-də saat 22 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində Siyəzən rayon sakini T.Əliyev idarə etdiyi “VAZ-21102” markalı avtomobillə yolu keçən Xaçmaz şəhər sakini Nurməhəmməd Seyidəliyevi və Bakı şəhər sakini İ.Şahbazovu vurub. Nəticədə N.Seyidəliyev hadisə yerində ölmüş, İ.Şahbazov xəstəxanaya yerləşdirilib.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə