Astara rayonunun Ərçivan qəsəbəsində silahlı insident baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb və ondan müvafiq sənədləri olan "İJ-58" markalı ov tüfəngi götürülüb.
C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB