Tovuzda avtomobil vuran qadın hadisə yerində öldü

Tovuzda avtomobil vuran qadın hadisə yerində öldü

Tovuz rayonunun Qovlar şəhəri ərazisində “VAZ-21074” markalı avtomobillə yolu keçən V.Əsgərova vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 11-də saat 17 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Əyyublu kənd sakini N.Abbasov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Yanıqlı kənd sakini Vəfa Əsgərovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə