Balakəndə minik avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər ölüb

Balakəndə minik avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər ölüb

Balakəndə minik avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə iyunun 11-də axşam saatlarında Balakən-Kortala avtomobil yolunda baş verib.

Rayonun Qazma kənd sakini, 1998-ci il təvəllüdlü Elçin Fərman oğlu Verdiyevə məxsus “VAZ 2115” markalı minik avtomobili yüksək sürətlə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişinlər - rayonun Qazma kənd sakinləri, 1994-cü il təvəllüdlü Kənan Ayaz oğlu Yüzbaşiyev və 1998-ci il təvəllüdlü Elçin Fərman oğlu Verdiyev aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan daha iki nəfər - 1993-cü il təvəllüdlü Balakən şəhər sakini Vaqif Əjdər oğlu Musayev və 1996-cı il təvəllüdlü Qazma kənd sakini Elmar Eldar oğlu Şahverdiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır kimi olduğu bildirilir.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə