Bakıda əcnəbini döyüb soydular

Əcnəbi vətəndaşı döyərək pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Qəmbərzadə, A.Məlikov və K.Qurbanov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş iyunun 9-da rayon ərazisində 3 nəfərin onu döyərək cibindən 1000 manat pulunu götürməsini bildirib.

Dərhal başlanılmış əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Qəmbərzadə, A.Məlikov və K.Qurbanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə