Şəmkirdə maşın ağaca çırpılıb, sürücü ölüb

Şəmkirdə maşın ağaca çırpılıb, sürücü ölüb

Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 10-da saat 12 radələrində Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində Mehirli kənd sakini Fərman Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə