Salyanda yanğın

Salyan rayonunun Kürsəngi kəndində ümumi sahəsi 240 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və tövlənin içərisinə yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə