Qazaxda 10 yaşlı uşağı maşın vurub

Qazax rayonunda 10 yaşlı uşağı avtomobil vurub.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Həsənli Nuray Hüseyn qızı yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Azyaşlı Qazax rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata görə, uşağın vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə