Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə bu gün gecə saat 23:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpünün yanında qeydə alınıb.

Sürücü İbrahim Bəşirovun idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, rayon sakini, 1971-ci il təvəllüdlü Yusifov Vüqar Rəşid oğlunu vurub.

O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə