15 yaşlı yeniyetmənin başına oyun açdılar

Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Abbasov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 3-də saat 18 radələrində Nəsimi rayonu ərazisində xətt avtobuslarının birində Abşeron rayon sakini olan yeniyetmə qızın çantasından mobil telefonunu açıq talama yolu ilə götürən şəxs avtobusdan düşərək qaçıb.

Bu zaman ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları həmin şəxsi təqib edərək saxlanılıb. Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Abbasov maddi sübut – telefonla birgə 19-cu Polis Şöbəsinə təhvil verilib.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə