Bakıda istifadəsiz kafe qarət olundu

Bakıda yarımçıq tikilidən oğurluq edilib. SİA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini Zakir Mahmudzadəyə məxsus sökülməkdə olan kafedə ümumi dəyəri 1800 manat olan soyuducu və digər məişət əşyaları oğurlanıb.

Sabunçu rayon 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə məhkum olunmuş, 1981-ci il təvəllüdlü Tahir Musayev və 1990-cı il təvəllüd Ruslan Tağıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə