Aprelin 26-na keçən gecə Ə.Cavad küçəsində Meyrə Həsənova məxsus "VAZ-2107" markalı avtomobil evinin qarşısında yerləşən qarajdan qaçırılmış və avtomobil həmin gün saat 12 radələrində İzmir küçəsində Murad Mollayevə məxsus "Kia" markalı avtomoblin arxa hissəsindən vurulmuş vəziyyətdə tapılıb.
Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 28-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobli qaçıran Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Abbasov yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB