Göygöldə iri tonnajlı avtomobil qoyun sürüsünə çırpılıb - FOTO

Göygöl rayonunda "Kamaz" markalı avtomobil qoyun sürüsünə çırpılıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə nəticəsində 20-dən artıq qoyun sürüsü tələf olub. Qəza zamanı çoban işləyən Məmməd Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Çobana ilkin tibbi yardım göstərilib, vəziyyəti stabil qiymətləndirilir. İlkin məlumata görə, qəza ani diqqətsizlikdən baş verib.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə