Samux sakinini ilan sancıb.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Eldar kəndində qeydə alınıb.

1978-ci il təvəllüdlü Həsənova İlhamə Nürəddin qızını ilan sancıb. Nəticədə qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Qadına ilan zəhəri əleyhinə zərdab vurulub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə