Gədəbəy rayonunda "Mercedes"lə "VAZ 2106" toqquşub

Gədəbəy rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobillə "VAZ 2106" markalı avtomobil toqquşub. Zərbənin təsirindən "VAZ" markalı avtomobil yoldan çıxaraq aşıb.

İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar Gədəbəy Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə