Şamaxıda bədbəxt hadisə 1 nəfər ölüb

Mayın 25-i səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan iki nəfər hündürlükdən yıxılıb. SİA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən dünyasını dəyişib. Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə