Mağazadan tütün məmulatları və danışıq kartları oğurlayan şəxs yaxalanıb

Mağazadan tütün məmulatları və danışıq kartları oğurlayan şəxs yaxalanıb

Aprelin 22-nə keçən gecə Bakı şəhər sakini Almaz Xaşalova məxsus Gəncə prospektində yerləşən mağazadan 100 manat, tütün məmulatları və danışıq kartları oğurlanıb. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 36-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Zəka İsmayılov və Qoşqar Məmmədov aprelin 25-də yaxalanıblar.

 

Aprelin 25-i saat 19:30 radələrində isə 264 saylı xətt avtobusunda Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş İlkin Şahbazov Rasim Ağasıyevin cibindən 50 manatını götürüb soyğunçuluq edərkən Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə