Maşın oğruları yaxalanıblar

Aprelin 25-i saat 01:30 radələrində Ə.Ağakişiyev küçəsində Bakı şəhər sakinləri Elmar Alıyev və İqbal Abıyev həmin küçədə yaşayan Əhməd Talıbova məxsus "VAZ-2106" markalı avtomobili qaçırıblar.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, onlar S.Məmmədov küçəsində maşını sökərkən Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.

Müəyyən edilib ki, E.Alıyev aprelin 14-nə keçən gecə Badamdar qəsəbəsi ərazisində qəsəbə sakini Musa Musayevə məxsus "VAZ-21011" markalı avtomobili də qaçırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə