Həyat yoldaşını liftdə öldürən şəxs saxlanılıb

Bakıda həyat yoldaşını liftdə qətlə yetirən şəxs saxlanılıb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi 1-də baş verib. Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgərov Hafiz İsgəndər oğlu həmin küçədəki binanın liftində həyat yoldaşı Əsgərova Könül Nadir qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən H.Əsgərov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə