Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 60-a çatdı

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 60-a çatdı

22 aprel tarixində Filippinin cənubunda yerləşən Mindanao adasında baş vermiş torpaq sürüşməsi nəticəsində dağıntılar altında xeyli sayda insanın qaldığı məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ərazidə keçirilən axtarış-xilasetmə işləri zamanı xilas olan şəxslərin verdiyi bildirilir. Onların sözlərinə görə, 60 nəfər dağıntılar altında qalıb. Mövcud vəziyyətlə əlaqədar hadisə yerində müvafiq işlər görülür. Axtarış-xilasetmə işləri aparılır.

 

Xatırladaq ki, 22 aprel 2011-ci il tarixində Kompostela Vadisi vilayətinin Pantukan yaşayış məntəqəsində qeydə alınmış hadisə 27 nəfərin ölümünə, bir neçə nəfərin isə itkin düşməsinə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə