Yolu keçən piyadanı maşın vurdu

Yolu keçən piyadanı maşın vurdu

Balakən rayonunun Qullar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, mayın 17-də saat 8 radələrində Balakən rayonunun Qullar kəndi ərazisində Mazımçay kənd sakini M.İbrahimov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən kənd sakini Cavadxan Şəkiliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə