Avtoqəza sərnişinin ölümü ilə nəticələnib

Avtoqəza sərnişinin ölümü ilə nəticələnib

Aprelin 23-ü saat 22 radələrində Qala-Türkan yolunda Abşeron rayon sakini Qəhrəman Abdiyevin idarə etdiyi "Azsamand" markalı avtomobillə Türkan qəsəbə sakini Xan Əliyevin idarə etdiyi "QAZ-2410" markalı avtomobil toqquşub.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verdiyi xəbərə görə, nəticədə, "Azsamand"ın sərnişinləri Bəylər Əkbərov ölmüş, İlqar Bədəlov və sürücü Q.Abdiyev xəsarət alıb. "QAZ-2410" markalı avtomobilin sürücüsü X. Əliyev və sərnişinlər Şakir Əmrahovla Qorxmaz İbadov da aldıqları xəsarətlərlə 3 saylı xəstəxanaya yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə