Bakıda 2 min manatlıq kompüter oğurlandı

Bakıda 2 min manatlıq kompüter oğurlandı

Paytaxt sakini S.Əliyevin çantasını oğurlamaqda şübhəli bilinən S.Rüstəmov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da paytaxt sakini S.Əliyevin içərisində 2000 manat dəyərində noutbuk, qol saatı, kitablar və 2 ədəd fləşkart olan çantasını oğurlamaqda şübhəli bilinən S.Rüstəmov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə