Mağazadan oğurluq edilib

Ağstafa rayonu ərazisindəki mağazaların birindən pul və 6 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ü.Cəlilov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də rayon ərazisindəki mağazaların birindən 1500 manat və 1200 ABŞ dolları pul, habelə 6 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ü.Cəlilov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə