Bakıda qadına qarşı quldurluq edən şəxs saxlanıldı

Bakıda qadına qarşı quldurluq edən şəxs saxlanıldı

Quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini N.Manafov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Hüseynova mayın 14-də Sabunçu qəsəbəsi ərazisində bir nəfərin onun ağzını əli ilə tutaraq pul tələb etdiyini və barmağına xəsarət yetirərək boynundakı 1800 manat dəyərində olan brilyant qaşlı klonu apardığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini N.Manafov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə