"Lexus" "07" ilə toqquşub: xəsarət alanlar var - FOTO

"Lexus" "07" ilə toqquşub: xəsarət alanlar var - FOTO

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. "Lexus" markalı avtomobillə "VAZ 2107" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü - 1982-ci il təvəllüdlü Musavey Radik Bədrəddin oğlu və avtomobildə olan sərnişin - 1977-ci il təvəllüdlü Musayeva Ədilə Bağman qızı xəsarət alıb.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata əsasən, qəza havanın yağışlı olması və yüksək surət səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə