Narkotik satan keçmiş məhkum tutuldu

Narkotik satan keçmiş məhkum tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini İ.Hümbətovdan 13,5 qram, yaşadığı evdən isə 930 qram heroin aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Gəncə ŞBPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Hümbətov saxlanılmışdır.

Şəxsi axtarış zamanı ondan 13,5 qram, yaşadığı evdən isə 930 qram heroin aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə