Bakıda 3 mağazadan oğurluq edildi

Bakıda 3 mağazadan oğurluq edildi

Oğurluq etdiyinə görə tutulmuş R.Hüseynovun Binəqədi rayonu ərazisindəki 3 marketdən oğurluq etməsi də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş R.Hüseynovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Biləcəri qəsəbəsindəki 2 marketdən ərzaq məhsulları və Binəqədi qəsəbəsindəki 1 marketdən 140 manat dəyərində 16 ədəd şampun və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə