Gürcüstanda koronavirusa yoluxanların sayı 615-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 615-ə çatdı

Gürcüstanda koronavirusa 5 yeni yoluxma faktı təsdiqlənib. Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 615-ə çatıb. Onların 275-i sağalıb, 9-u isə ölüb.

Hazırda ölkə üzrə karantində 5 002, stasionar nəzarətdə isə 485 nəfər saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə