Göygöl rayonunda bir gün ərzində iki nəfər özünü asıb. Göygöl rayon Polis Şöbəsi və Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, ilk hadisə Üçtəbə kəndində baş verib. Burada sığınacaq tapan Kəlbəcər rayon sakini, 1963-cü il təvəllüdlü Mahmudov Araz Abbas oğlu qardaşının evindəki tövlədə özünü asaraq öldürüb.
Daha bir intihar faktı isə Şəhriyar kəndində qeydə alınıb. Rayon sakini, 1962-ci il təvəllüdlü Əsədova Fiqumə Nadir qızı evinin damından özünü asaraq canına qəsd edib. Hər iki fakt üzrə Göygöl rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB