İki avtomobil toqquşub, ölən var

İki avtomobil toqquşub, ölən var

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, mayın 5-də saat 22 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini E.Cavadovun idarə etdiyi “Lada Priora” və Yardımlı rayon sakini Firuddin Mirişovun idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş F.Mirişov orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə