Xəzər dənizində azərbaycanlılara məxsus balıqçı qayığı batıb, 4 nəfər boğulub

Xəzər dənizində azərbaycanlılara məxsus balıqçı qayığı batıb, 4 nəfər boğulub

Fövqəladə Hallar Nazirliyi dənizdə baş vermiş bədbəxt hadisə ilə bağlı rəsmi məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində sahildən 10 km aralıda dənizdə çevrilmiş qayığın aşkarlanması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib.

 

Görülən tədbirlər nəticəsində 21 aprel 2011-ci il tarixində saat 11:52 və 12:45 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sahildən 3 km aralıda 1989-cu il təvəllüdlü Bəylər Mövlanverdi oğlu Hətəmov və 1980-cı il təvəllüdlü Pavel Viktoroviç Vasilyevin cəsədləri suda aşkarlanaraq çıxarılıb. Hazırda hadisə zamanı qayıqda olduğu ehtimal edilən digər 2 şəxsin axtarışları davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə