İmişlidə dəhşətli qəza: ölənlər və yaralı var

İmişlidə dəhşətli qəza: ölənlər və yaralı var

İmişli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, mayın 4-də saat 6 radələrində İmişli şəhəri ərazisində şəhər sakini R.Gülməmmədovun idarə etdiyi “KamAZ” və Yalavac kənd sakini Camal Kərimovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə C.Kərimov hadisə yerində ölmüş, xəsarət almış sərnişini F.Həmzəyev, habelə digər sürücü və sərnişini Niyaməddin Musayev xəstəxanaya yerləşdirilmiş, N.Musayev orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə