Kürdəmir rayonunun Sorsor kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, mayın 4-də saat 11 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Muradxan kənd sakini C.Piriyevin idarə etdiyi “Nissan” və İmişli rayon sakini A.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə A.Kərimovun sərnişinləri - bacıları Mehbarə, Aygün, oğlu Qorxmaz və qohumu Aylin hadisə yerində ölmüş, özü və digər sərnişinləri R.Kərimova və Arzu Hətəmova, habelə digər sürücü və sərnişinləri - arvadı Ş.Piriyeva, oğlanları Kənan və Sabir xəstəxanaya yerləşdirilmiş, A.Hətəmova və Sabir orada ölüblər.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB