Telefon oğrusundan heroin çıxdı

Telefon oğrusundan heroin çıxdı

Aprelin 15-i saat 20 radalərində Talıblı küçəsində Bakı şəhər sakini Fazil Səmədov Qafar Kərimlinin əlindən mobil telefonunu alıb qaçdığına görə Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən yaxalanmış və onun üzərinə baxış keçirilərkən 2,330 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 20-si saat 01:45 radələrində Çobanzadə küçəsində yaşayan Fairə Məmmədovanın mənzilindən pəncərədən daxil olma yolu ilə oğurluğa cəhd edənlər İsmayıllı rayon sakini Söhbət Qurbanov və Goranboy rayon sakini Məmməd Quliyev Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə