Evlərdən və avtomobildən oğurluq edən şəxs saxlanıldı

Evlərdən və avtomobildən oğurluq edən şəxs saxlanıldı

Gəncə şəhərinin Nizami rayonu ərazisindəki 4 evdən, 1 avtomobildən və 5 həyətdən oğurluq etməkdə şübhəli bilinən T.Atakişiyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən pul, mobil telefon və qab-qacaq, “VAZ-2105” markalı avtomobildən mobil telefon, 5 həyətdən isə su mühərrikləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə