Samuxda faciə: Avtomobil kanala aşdı 6 uşaq suda boğuldu

Samuxda faciə: Avtomobil kanala aşdı 6 uşaq suda boğuldu

Samux rayonunun Köbər kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 1-də saat 20 radələrində Samux rayonunun Köbər kəndi ərazisində kənd sakini E.Süleymanov idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb. Nəticədə sərnişini, 6 yaşlı oğlu Hüseyn suda boğularaq ölüb.

Samux RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə