İkinci dalğa birinci dalğada xəstələnməyən insanların yoluxması nəticəsində ortaya çıxa bilər. SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, əgər pandemiyanın qarşısının alınması üçün gördüyümüz tədbirlər səmərəsiz olsa, ikidən də çox dalğa olacaq: “Bu dalğalar yavaş-yavaş, kiçik halda yaranarsa, səhiyyə sistemi onların öhdəsindən gələ bilər. 2-ci, 3-cü dalğa məsələsindən qorxmayın. Ən önəmli olan məsələ budur ki, özümüzü qoruyaq, virusun insandan insana keçməsinin qarşısını alaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB