Tovuzda yüksək surətlə hərəkətdə olan sürücü idarə etdiyi avtomobilini aşırıb.
SİA-nın regional bürosundan verilən məlumata görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
Rayon sakini - 1984-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlu idarə etdiyi "VAZ 21 099" markalı avtomobili aşırıb. Nəticədə maşın yol kənarındakı çuxura aşıb. Sürücü ətrafdakı insanların yardımı ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti orta ağırqiymətləndirilir.
Avtomobildə olan sərnişin - 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu isə xəstəxanada keçinib. Avtomobildə olan digər sərnişinin - Əliyev İdris İlqar oğlunun isə vəziyyəti ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, qəza yüksək surət səbəbindən baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB