Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya bildirilib.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da paytaxt sakini G.Musayevanın içərisində 80 manat və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən R.Şükürov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə