Sabunçu rayonunda baş verən yanğın söndürülüb

Sabunçu rayonunda baş verən yanğın söndürülüb

Paytaxtın Sabunçu rayonunda fərdi evdə baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğının qarşısı saat 13:01-də nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə