Gəncədə ağır yol qəzası baş verib. Hadisə Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, "Hunday Santafe" markalı 90 KX 206 dövlət nömrə nişanlı avtomobil "Mitsubishi" markalı 90 HH 853 nömrəli avtomobillə və 10 JT 361 nömrəli "KAMAZ" markalı avtomaşınla toqquşub.
Avtomobillərin hər üçü tamamilə yararsız vəziyyətə düşüb. Avtomobillərdə olan 1973-cü il təvəllüdlü Bakı şəhər sakinləri Hacıyev Nahid Vahid oğlu, 1963-cü il təvəllüdlü Məmmədov Fəxrəddin Cumalı oğlu, 1978-ci il təvəllüdlü Mingəçevir sakini Zeynalov Natiq Süleyman oğlu, Tovuz rayon sakini 1966-cı il təvəllüdlü Tahirov Bəxtiyar İmran oğlu, 1963-cü il təvəllüdlü Samux sakini Məmmədova Rəfiqə Kərəm qızı və Gürcüstan vətəndaşı Abusadze Aganti Volodoviç Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
İlkin məlumatlara görə qəzaya səbəb "Hunday Santafe" markalı avtomobili idarə edən hərbiçi Hacıyev Vahid Nahid oğlunun işıqforun qırmızı işığını gözləməməsi səbəb olub.
Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma başlanılıb. Qəzanın dəqiq səbəbləri öyrənilir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB