Sabunçu rayonunda 48 yaşlı kişi bıçaqlanıb

Sabunçu rayonunda 48 yaşlı kişi bıçaqlanıb

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

“Savalan” yaşayış massivində 1972-ci il təvəllüdlü Şərbətov Rauf Fərhad oğlu naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. R.Şərbətova qarının ön divarının, kürəyin və sol budun kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə