Salyanda yaşayış binasında partlayış baş verib xəsarət alan var

Salyanda yaşayış binasında partlayış baş verib xəsarət alan var

Salyan rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, yanğın nəticəsində mənzilin 1 otağı və içərisinə yığılan ev əşyaları 20 kvadratmetr sahədə yanıb. Partlayış dalğasının təsirindən mənzilin 2 ədəd pəncərə çərçivəsi yerindən çıxıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə