Nizami rayonu B.Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 22-də saat 7 radələrində paytaxtın Nizami rayonu B.Çobanzadə küçəsində Bakı şəhər sakinləri Orxan İbrahimovun idarə etdiyi “VAZ-2106” və E.Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşub. Nəticədə O.İbrahimov və sərnişinlərindən Məzahir Əhmədov hadisə yerində ölüb, digər sərnişinləri, habelə E.Məmmədov xəstəxanaya yerləşdiriliblər.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB