Xaçmazda maşın piyadanı vuraraq öldürüb

Xaçmazda maşın piyadanı vuraraq öldürüb

Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 22-də saat 23 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini F.Ağarzayev idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən Quba rayon sakini Ədalər Süleymanovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə