Xaçmazda bir gün əvvəl meyiti tapılan şəxs qətlə yetirilibmiş

Xaçmazda bir gün əvvəl meyiti tapılan şəxs qətlə yetirilibmiş

Xaçmazda bir gün əvvəl meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.

SİA xəbər verir ki, bir gün öncə kimsəsiz sahədə meyiti aşkarlanan 1978-ci il təvəllüdlü Ceyhun Sadıqovun 1973-cü il təvəllüdlü Xaçmaz rayon sakini Kamran Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi aşkarlanıb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə