Yasamal RPİ CAŞ və 29-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhər sakini Murad Cavadovdan 0,422 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məlum olub ki, M.Cavadov aprelin 12-nə keçən gecə M.Calal küçəsindən Valeh Səmədova, aprelin 13-nə keçən gecə isə A.Heydərov küçəsindən Fərxan Şirinova məxsus "VAZ-2107" markalı avtomobilləri qaçırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB