Şəmkirdə yanğın

Şəmkir rayonunda ikimərtəbəli inzibati binanın birinci mərtəbəsində, ümumi sahəsi 42 m² olan otaqda internet paylayıcı lövhə və giriş-çıxış kabeli 6 p.m yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə