Daşkəsəndə qadın özünü asıb

Daşkəsəndə qadın özünü asıb

Daşkəsən rayonunun Qaratəpə kəndində intihar hadisəsi baş verib. Rayon sakini, 1974-cü il təvəllüdlü Allahverdiyeva Cəmilə Xudayar qızı canına qəsd edib. Daşkəsən rayon Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, C. Allahverdiyeva özünü yaşadığı evin həyətindəki tövlədə asıb.

İntiharın səbəbləri məlum deyil. Qadının əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə